Müdafiə Nazirliyinin rəsmi saytında texniki problemlər yaşanır Vaqif Dərgahlı

Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-həmlə əməliyyatları ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi saytına müraciətlərin çoxluğu səbəbindən bir sıra texniki problemlər yaşanır.

SİA-nın məlumatına görə, bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı deyib.

O bildirib ki, buna baxmayaraq, mətbuat və ictimaiyyət alternativ internet resursları vasitəsilə operativ qaydada məlumatlandırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...