Ermənistanın Latviyadakı səfiri ölkəsini rüsvay etdi - AÇIQLAMA

"Ermənistanın Latviyadakı səfiri Tiqran Mkrıtıçyan olduğu ölkənin latvia.lv saytında başdan ayağa saxtakar, əsassız, Azərbaycana və Azərbaycan Prezidentinə qarşı yalan fikirlərlə dolu məqalə çap etdirib. Səfir Tovuz hadisələrinin bütün fraqmentlərində 180 dərəcə əks müstəvidə yalanlar danışır ki, bu öz yerində, həm də bu fraqmentlərdə Ermənistanın nəinki büdcədən "qarın otaran" diplomatlarının, hətta baş nazirin özünün cavabı yetərincə verilib". SİA-nın məlumatına görə, bunu açıqlamasında "Bakı Xəbər" qəzetinin baş redaktoru, siyasi şərhçi Aydın Quliyev deyib.

Onun sözlərinə görə, bizim vacib və əsas saydığımız bir məsələnin üstündə dayanmağımız gərəkdir: "Səfir Latviya mediasında deyir ki, Tovuzda azərbaycanlı və erməni kəndləri olan Ağdam və Çinarlı üz-üzə mövqelərdə yerləşir. Səfir özünün puç məntiqi ilə hamını aldada biləcəyinə sadəlövhcəsinə inanaraq deyir ki, Azərbaycan rəhbəri 12 iyul hadisələri vaxtı öz hərbi atəş nöqtələrini Ağdam kəndində dinc əhalinin yaşayış evlərinin arasında yerləşdirib. Üz-gözündən "sütül qoxuyan" və bu posta normal bir həyat və diplomatik təcrübəsi olmadan gəlib çıxdığı aydın görünən bu səfirin nə demək istədiyi tam aydındır. Bu ikiayaqlı dünya rəyini çaşdırmaq istəyir. Guya Azərbaycan rəhbərliyi bu taktikanı ona görə seçib ki, erməniləri dinc kənd sakinlərini atəşə tutmaqda ittiham edə bilsin. Səfir diplomat təfəkkürünə qəti yaraşmayan tərzdə özünü aldadır".

Politoloq bildirib ki, əvvala, Azərbaycan xalqı və rəhbərliyi əla bilir ki, Ermənistanın dövlət elitası faşizmdən motiv aldığı üçün onlarda humanizm deyilən şeydən əsər-əlamət ola bilməz: "İkincisi ermənilər azərbaycanlıların humanist təsəvvürlərinin tam əksinə olaraq hətta dinc sakinləri belə tikə-tikə doğraya biləcəklərini Xocalıda artıq sübut ediblər. Bunu keçmiş prezident Sarkisyan bütün dünyanın oxuduğu bir kitabda deyib".

A.Quliyev vurğulayıb ki, bütün bu faktlar bəlli olduğu halda Azərbaycanın dinc yaşayış məntəqəsində hərbi atış məntəqəsi yerləşdirməsinə heç bir məntiq qalmır: "Məsələ burasındadır ki, dünya da ermənilərin nələrə qadir olduğunu artıq bilir və təbii ki, iyul hadisələri vaxtı Azərbaycanın kənd evləri arasında guya atış nöqtəsi yerləşdirməsi barədə dövlət büdcəsindən daha çox pul oğurlamaq məqsədi güdən "qarın otaran" bir səfirin müsahibəsinə inanmaz".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...