“Bu şurada milliyə aid heç nə yoxdur” ÖZƏL-MÜNASİBƏT

Onlar özlərinə “Milli Şura” adı qoyublar, amma bu əslində, anti-milli şuradır. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə deyib.

Partiya sədrinin sözlərinə görə, bu şurada milliyə aid heç nə yoxdur və anti-dövlətçilik, anti-Azərbaycan xalqı, anti-Azərbaycanın gələcəyi olmaqla, ancaq anti-milli var.

“Bu qüvvələr hamızı vaxtilə dövlət çevrilişi yolu ilə hakimiyyətə gəlib, Azərbaycanı vətəndaş müharibəsi şəraitində qoyub qaçanlardır. Cəlil Məmmədquluzadənin qəhramanları kimi deyirlər ki, “bəlkə də qaytardılar”. Anlamırlar ki, onlara heç nə qaytarmayacaqlar. Bunlar hakimiyyətdən gedəndə mən demişdim ki, kimin də pişiyi miyoldasa, bunların pişiyi daha miyoldamayacaq. Onlar özləri miyoldamaq istəyirlər, amma alınmayacaq. Azərbaycan xalqı müdrik xalqdır və bir daha bu cüvəllağıların ardınca getməyəcək”, deyə Araz Əlizadə bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...