"AİB-in özü Azərbaycanla işbirliyinə təşəbbüs edir" ÖZƏL-MÜNASİBƏT

"Asiya İnkişaf Bankı ilə Azərbaycan arasında işbirliyi yetərincə uzunmüddətli hesab edilə bilər. Əlbəttə ki, bu da təsadüfi deyil. Çünki AİB digər qlobal maliyyə mərkəzləri kimi Azərbaycanla da sabit və dayanıqlı ölkələrlə işbirliyində maraqlıdır. İyunun 1-də Asiya İnkişaf Bankının təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə bankın prezidenti Masatsuqu Asakava, vitse-prezidenti Şiksin Çen və bankın rəhbərliyinin digər nümayəndələri arasında keçirilən videokonfrans da ondan xəbər verir". Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

"Yəni AİB Azərbaycanın bundan sonrakı dayanıqlığına və ölkəmizdəki sabitliyin davam edəcəyinə əmindir. Eyni zamanda dövlətin etibarlığı da dəfələrlə sınaqdan çıxarılıb. Ona görə də bizim ölkəmizlə işbirliyini bundan sonra da yüksək səviyyədə davam etdirmək marağındadır. Əlbəttə ki, burada Azərbaycan Prezidentinin də şəxsi keyfiyyətləri böyük rol oynayır. Çünki bir Lider, dövlətin rəhbəri olaraq İlham Əliyev həmişə beynəlxalq təşkilatlar qarşısında götürülən bütün öhdəliklərin yüzdə-yüz yerinə yetirilməsi üçün əlindən gələni edib vaxtından əvvəl və yaxuda da vaxtında öhdəliklərin yerinə yetirilməsi, eyni zamanda qarşılıqlı işbirliyinin qarşılıqlı fayda əsasında həyata keçirilməsini təmin edib. O baxımdan AİB Azərbaycana xüsusi önəm verir və Azərbaycanla işbirliyində maraqlıdır. Hətta Azərbaycan tərəfdən təşəbbüs olmasa belə AİB-nin özü Azərbaycanla işbirliyinə təşəbbüs edir. Xüsusilə də günü-gündən etibarını itirməkdə olan işğalçı Ermənistanla müqayisə etsək, həqiqətən də Azərbaycan bu cür qlobal plaformalarda yetərincə yüksək zirvədədir”-deyə, A.Həsrət fikrini tamamlayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə