“DOST Mərkəzi, ASAN Xidmət kimi sosial layihələr dünyada brend olaraq dəstəklənir” Bəhruz Quliyev

"Növbəti DOST mərkəzinin açılışı vətəndaşa xidmət reallığı ilə yanaşı, həm də özündə intellektual uğuru da bariz şəkildə əks etidir".SİA xəbər verir ki, bu fikirləri Olaylar.az-a "SƏS" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin Bakının Nizami rayonunda yerləşən 3 saylı DOST mərkəzinin açılışında iştiraklarını şərh edərkən deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyev daim öz çıxışlarında vurğulayıb ki, vətəndaş maraqlarının yüksək səviyyədə təmnatı və xidməti amili dövlətin prioritet vəzifəsidir: "Məhz bu istiqamətdə deyə bilərik ki, əldə olunan sosial uğurlar sahəsində fəaliyyət göstərən ASAN Xidmətlər, DOST kimi mərkəzlər birbaşa Azərbaycan vətəndaşının maraqlarının yüksək səviyyədə təmin olunması üçün yaradılıb. O cümlədən, bu xidmətlər sayəsində vətəndaşların hökumət qurumları arasındakı təmasları azalır, bürokratik əngəllər aradan qaldırılır. Habelə, nəzərə alarsaq ki, ölkəmizdə korrupsiya və rüşvətxorluğa qarşı ardıcıl, davamlı mübarizə aparılır, bu zaman belə xidmət və mərkəzlərin fəaliyyətinin səmərəliyi, vacibliyi daha çox nəzərə çarpır. Yəni fakt budur ki, Azərbaycanda əhalinin sosial-rifah halının yüksəldilməsi, sosial məsələlərin həlli, həssas qrupların hərtərəfli dövlət qayğısı ilə əhatə olunması istiqamətində görülən işlər cənab İlham Əliyevin daim diqqəti mərkəzindədir.O cümlədən, son illərdə icra olunan sosial islahatlar proqramının əsas hədəfi dövlət sosial xidmətlərinin innovativ yanaşmalarıdır ki, bu müxanizim də artıq özünü isbatlayıb. Bu baxımdan, hesab edirəm ki, belə bir əhəmiyyətli faktorların hər birinin təməlində Prezident İlham Əliyevin qətiyyətli siyasəti ilə yanaşı, həm də intellektual tərəqqi, intellektual uğur faktoru da dayanmaqdadır. Əbəs deyil ki, ölkə başçımız Prezident seçildiyi ilk gündən vurğulamışdı ki, dövlətin əsas məqsədlərindən biri də, neft kapitalının insan kapitalına çevrilməsindən ibarət olacaq. Göründüyü kimi, artıq digər vədlərlə yanaşı, verilmiş bu vəd də kifayət qədər öz təsdiqini tapır".

"Qürurverici məqamlardan biri də budur ki, Azərbaycanın dünyaya brend kimi təqdim etdiyi bu kimi layihələr yüksək şəkildə dəstəklənir, öyrənilir və tətbiq olunur", deyən Bəhruz Quliyev həmçinin bildirib ki, bu, nümunəvi etalonun beynəlxalq aləmə ixracı kimi də dəyərləndirilə bilər: "Əbəs deyil ki, artıq Avropanın bir sıra aparıcı ölkələri də sözügedən sistemdən faydalanmaq üçün məhz Azərbaycan modelindən yararlanırlar, deyim ki, böyük uğurlar da əldə edirlər".

Baş redaktor sonda onu da qeyd edib ki, bu kimi məsələlərdə gənclərin aktivlik nümayiş etdirməsi, onların bu kimi mərkəzlərdə könüllülük prinsipi ilə fəaliyyətləri Azərbaycanın daha sağlam, daha keyfiyyətli kadr potrensialı olaraq yetişmələrinə geniş şərait yaradır: "Düşünürəm ki, Prezident İlham Əliyevin açılış zamanı gənclərin rolunu həmişə çox yüksək qiymətləndirdiyini xatırlatması, eyni zamanda, Azərbaycan gənclərinin ölkəmizin uğurlu inkişafında öz fəal rolunu oynadıqlarını vurğlaması da həmin fikirlərin nə qədər uğur tandeminə söykəndiyini isbatlayır. Əgər bu gün gənclər cəmiyyətimizin ən fəal təbəqəsi olaraq qiymətləndirilirsə, bu gün həmin nəsilə geniş imkanlar, şəraitlər yaradılırsa, onlar bir sıra mühüm vəzifələrə cəlb edilirlirsə, demək həmin uğurlar qarşıda növbəti uğurların əldə edilməsi üçün cığırlar açmış olur".

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə