Goranboy rayonunda silah-sursat tapılıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan SİA-ya verilən məlumata görə, Xocalı Rayon Polis Şöbəsinə (RPŞ) Goranboy rayonu Aşağı Ağcakənd qəsəbəsindən Rus Borisi kəndinə gedən yolda yerləşən körpünün altında silah-sursat olması barədə məlumat daxil olub.
                            Dərhal RPŞ-nin əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçiriblər.
Araşdırmalar zamanı oradan 2 ədəd 16 kalibrli ov tüfəngi, 4 ədəd avtomat sandığı, 1 ədəd alışdırıcısı üzərində olmayan "F-1" əl qumbarası, 1 ədəd pulemyot qatarı və 402 ədəd 7.62 mm-lik patron aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
                    Müəllif: Nigar Məmmədova                
            
            
            
            
            
            Bütün xəbərlər Facebook səhifəmizdə
 
                         
                                                    
 
                     
     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
    .jpg)

.jpg)
 
        
 
     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                    .jpg) 
                     USD
 USD
 EUR
 EUR
 GBP
 GBP RUB
 RUB