Azərbaycan Qarabağ məsələsində də İtaliyadan dəstək alır AÇIQLAMA

"İtaliya Avropada, Avropa siyasətinə təsir edən ölkələrdən biridir. Ona görə də Azərbaycan da bu münasibətlərə önəm verməlidir". Bu sözləri SİA-ya açıqlamasında Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı Prezident İlham Əliyevin İtaliya səfərini şərh edərkən deyib.

O bildirib ki, Azərbaycan bütün dünya ölkələri ilə normal münasibətlər saxlamağa çalışır. Hətta Azərbaycana qarşı qərəzli mövqedə olan, Ermənistanın təsiri altında və ya Ermənistanla xoş münasibətlər saxlayan dövlətlərlə belə: "Azərbaycan balanslaşdırılmış siyasət yürütməyi bacarır. Hətta Ermənistanın təsirinin güclü olduğu, erməni lobbisinin təsirinin güclü olduğu ölkələrlə belə münasibətləri normal səviyyədə saxlaya bilir. Buna baris nümunə kimi Fransa ilə Azərbaycan arasındakı əlaqələri misal göstərmək olar.

İtaliya Azərbaycan üçün mühim ölkələrdən biridir. Bu ölkə ilə iqtisadi cəhətdəndən sıx əməkdaşlığımız mövcuddur. Bu istiqamətdə Azərbaycan Prezidentinin İtaliyaya səfəri, həmçinin orada görüşlərə qatılması, iqtisadi layihələrlə bağlı razılaşmaların əldə olunması prosesləri müsbət dəyərləndirilməlidir. İtaliya Avropada, Avropa siyasətinə təsir edən ölkələrdən biridir. Vatikan xristian dünyasının böyük bir hissəsinin mərkəzi kimi səciyyələnir. Ona görə də Azərbaycan da bu münasibətlərə önəm verməlidir".

Akif Nağı bildirib ki, İtaliya ilə Azərbaycan arasında həm siyasi, həm də iqtisadi münasibətlər çoxdan da mövcud idi: "Bu münasibətlər həm siyasi, həm iqtisadi, həm də mədəniyyət sahəsi çərçivəsində də özünü göstərib. Bu münasibətlər həm Azərbaycanın iqtisadi inkişafı üçün, həm də ölkənin beynəlxalq imicinin yüksəldilməsi üçün vacib və əsaslıdır. Ən vacib məsələ isə Qarabağ məsələsidir ki, Azərbaycanın bu məsələdə beynəlxalq arenada tam müdafiə olunması baxımından kifayət qədər vacibdir. Hesab edirəm ki, bu istiqamətdə də Azərbaycan İtaliyadan müəyyən dəstək alır və qarşılıqlı münasibətlər həmin dəstəyin daha da artırılmasına kömək edir".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...