“Sergey Lavrov Ermənistana səfəri zamanı neytrallığı qorumadı” RƏY-ÖZƏL

"Əlbəttə ki, həm Rusiyanın, ATƏT-in Minsk Qrupunun həmsədri və bütövlükdə bizim regionda önəmli dövlət olması baxımından Dağlıq Qarabağ münaqişəsinin həllində öz neytrallığını qoruması vacibdir". Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

Onun sözlərinə görə, amma təəssüflər olsun ki, Rusiya xarici işlər naziri Sergey Lavrov Ermənistana səfəri zamanı bu neytrallığı qorumadı: "Sergey Lavrovun neytrallığı qorunmaması əlbəttə ki, Dağlıq Qarabağ münaqişəsinin həllinin uzadılmasına xidmət edən amillərdən biridir. Bu təsadüfü deyil. Sergey Lavrovun ermənipərəst, erməni yalnısı olması haqqında fikirlər səsləndirilir, görünür Yerəvanda olarkən bu adam məhz yayılan fikirlərin əsaslı olduğunu nümayiş etdirdi. Düşünürəm ki, Azərbaycan ona görə də bu vaxta kimi yürütdüyü siyasəti davam etdirməlidir. Yəni bizim dövlətimiz xarici ölkələrin istər yaxın, istər uzaq ölkələrin siyasətini nəzərə alır. Amma bir yerə qədər o da Azərbaycanın milli mənafelərinə toxunulanda əlbəttə ki, qərarı özümüz veririk. Ona görə də, düşünürəm ki, Azərbaycan özünün qətiyyətli siyasi mövqeyini bundan sonrada da davam etdirməlidir. Əgər hansısa dövlət xüsusilə də ATƏT-in Minsk Qrupunun həmsədri olan dövlətlər bizə nəyi isə irad tutacaqlarsa biz onlara, məsələn elə Rusiyaya xatırladacağıq ki onlar neytrallıqlarını itiriblər".

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə