Viktor Yuşşenko: "Konflikti dayandırmağın yolu həmrəy olmağımızdır"
"Biz Dağlıq Qarabağ, Donbas və bir çox münaqişələrin kökünə baxanda qəmgin cavabla rastlaşırıq". SİA-nın verdiyi məlumata görə, bunu Ukraynanın sabiq prezidenti Viktor Yuşşenko deyib.
Onun sözlərinə görə, bu gün Avropa institutları və BMT-nin simasında elə bir mexanizm yoxdur ki, bu problemləri həll edə bilsin: "26 ildir ki, Dağlıq Qarabağda yaşanan şəri şər adlandıra bilmirik. Bu məsələlərə fərqli yanaşmalar sərgilədiyimiz üçün bunlar həllini tapmır. Başa düşməliyik ki, konflikti dayandırmağın yolu həmrəy olmağımızdır".
V. Yuşşenko Rusiyanı imperiya və zəngin dövlət adlandırmağın mümkün olmadığını söyləyib: "Dünya üzrə Ümumi Daxili Məhsulun 2 faizinə sahibdirsə, o, heç vaxt hegemon ola bilməz. Düzdür, balaca dövlət deyil, amma imperiya olacaq ölkə də deyil".
Bütün xəbərlər Facebook səhifəmizdə