İqbal Ağazadə: “Dağlıq Qarabağ münaqişəsi Milli Məclisin müzakirəsinə çıxarılmalıdır”

Dağlıq Qarabağ münaqişəsi Milli Məclisin müzakirəsinə çıxarılmalıdır. SİA-nın verdiyi xəbərə görə, bu sözləri millət vəkili İqbal Ağazadə Parlamentin bu günkü iclasında çıxışı zamanı deyib. O bildirib ki, regionda baş verən son məsələlər parlamentdə müzakirə olunmalı, onlar haqqında bütün məlumatlar millət vəkillərinə çatdırılmalıdır: "Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ciddi şəkildə müzakirə etməli, son proseslər haqqında ciddi şəkildə məlumatlar əldə etməliyik. Bu yaxınlarda Ermənistanın xarici işlər naziri Nalbadyanın Madrid prinsipləri ilə bağlı çıxışı ilə əlaqədar qeyri-müəyyənlik yaranıb. Buna aydınlıq gətirilməlidir".

Daha sonra Millət vəkili Diffomasiya haqqında qanunun da Milli Məclisin iclasına çıxarılmasını təklif edib. O bildirib ki, Azərbaycan hər iki bloggerin və Eynulla Fətullayevin azad olunması ilə bağlı prezidentə müraciət etməlidir. Onun sözlərinə görə, bununla bağlı Milli Məclis də addım atmalıdır. O əlavə edib ki, bloggerlərin və E. Fətullayevin azad olunması Azərbaycanın beynəlxalq səviyyədə imicinə də müsbət təsir edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...