Sabiq spiker: "Dialoq və qarşılıqlı anlaşma çox önəmlidir"

"Biz barışığı sərhədi dəyişmədən əldə etdik. Biz görürük ki, insanlar narazıdırlar". SİA-nın məlumatına görə, bunu bu gün Şimali İrlandiya Milli Assambleyasının keçmiş spikeri Lord Alderdice Bakıda keçirilən Forumun 3-cü günündə "Sülhün bərqərar edilməsi və terrorun aradan qaldırılması" mövzusunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Regionda olan ictimai dinamika başa düşülməlidir: "Biz köhnə soyuq müharibə mövqelərinə keçirik. Hesab edirəm ki, ictimai dinamikanı başa düşmədən öncəki müharibəyə qayıdacayıq. Təbii ki, bu, uzun bir müharibə ola bilər. Bunun qarşısını almaq üçün ədalətli fikirlər sərgiləməliyik. Dialoq və qarşılıqlı anlaşma çox önəmlidir. Zorakılığın həcmi və miqyası o qədər çətindir ki, bəzi problemlər qalır".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...