Erməni baş nazir Azərbaycanın gücünü ETİRAF ETDİ

Ovik Abramyan: "İmkanları var"

"Əgər Azərbaycan silah almaq gücünə malikdirsə, onu alacaq, Rusiyadan, yaxud da digər tərəflərdən". SİA "new.am"a istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Ovik Abramyan Rusiyanın baş naziri Dmitri Medvedevlə görüşündən sonra jurnalistlərlə keçirdiyi görüşündə bildirib. Jurnalistlətin "Həmkarınızla Rusiya silahlarının Azərbaycana satışı ilə bağlı məsələni müzakirə etdinizmi?" sualına cavab verən erməni baş nazir bildirib ki, əgər onlar (Azərbaycan-re.) bu imkana malikdirsə, onsuz da onu alacaqlar – "Hətta Rusiyadan olmasa belə, Türkiyədən və İsraildən".

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə