YAP Xızı rayon təşkilatında hesabat konfransı keçirilib FOTOLAR

Bu gün YAP Xızı rayon təşkilatı Gənclər Birliyinin IV hesabat seçki konfransı keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdən əvvəl konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüblər.

Konfransda YAP Xızı rayon təşkilatın sədri F.M.Haqverdiyev, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu və Xızı rayon İcra Hakimiyyətinn başçısı X.Q.Aslanov iştirak ediblər.

Konfransı giriş sözü ilə açan YAP Xızı rayon təşkilatı Gənclər Birliyinin sədri Jalə Hüseynova dövlət gənclər siyasəti sahəsində görülən işlər barədə məlumat verərək qeyd edib ki, ölkəmizdə gənclərə göstərilən hərtərəfli qayğı onların siyasi mövqelərinin düzgün formalaşmasında mühüm rol oynayır. Bu gün rayon gənclər birliyinin üzvlərinin sayı 911 nəfərdir. Rəqəmlərdən də göründüyü kimi partiyamıza kütləvi axın davam edir. Üzvlərimizin böyük əksəriyyətini gənclərin təşkil etməsi, müstəqillik qazanmış və çətin keçid dövrünü yaşayan ölkəmizdə əldə olunan naliyyətlərin nəticəsi kimi və Yeni Azərbaycan Partiyasına cəmiyyətdə artan inamın təzahürü, Ulu Öndər Heydər Əliyevin ideyalarının daşıyıcısı, Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan xalqına ən əsası isə gənclərə göstərilən diqqət və qayğının nəticəsi kimi, qiymətləndirmək olar.

Sonra məruzə ətrafında çıxışlar dinlənilib.

1.Heydər Əliyev yolu: Uğurlu davam – Məsmə Nuriyeva.

2.Prezident İlham Əliyevin gənclər siyasəti – Namiq Cəfərov.

3.Azərbaycan gəncliyi: vətənpərvərlik nümunəsi- Mövlam Rüstəmov.

4.Pis vərdişlər (narkomaniya, alkoqolizim) və erkən nigahlar cəmiyyətə mənfi təsir edən faktor kimi – Könül Feyziyeva.

"Yeni Azərbaycan" qəzetinin baş redaktoru H.Babaoğlu və Xızı rayon İcra Hakimiyyətinn başçısı X.Q.Aslanov çıxış edərək vurğulayıblar ki, əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Respublikamızda intellektual potensialın yaradılması Ulu öndərin uzaqgörən siyasətinin nəticəsidir. YAP sıralarında birləşən gənclərin yüksək intellektə sahib olduğunu vurğuladılar. Gənclərə yüksək təhsil, bilik əldə etməklə daim dövlətin inkişafına töhfələr verməyi tövsiyə ediblər.

Sonda təşkilati məsələlərə baxılıb. Rayon təşkilatının Gənclər Birliyinin 15 nəfərlik şurası, 7 nəfərlik idarə heyəti müəyyənləşib.

Cəfərov Namiq Sahib oğlu Gənclər Birliyinin sədri, Haqverdiyev Elmir Fərrux oğlu və İsmayılova Yaxşıxanım Hüseyn qızı müavin seçiliblər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...