İsveç parlamentində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirə keçirilib

İsveç parlamenti (Riksdaq) ötən il qurumun Yaşıllar partiyasından olan türk əsilli deputatı Mehmed Kaplanın İsveçin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında aktiv iştirakına, Ermənistanın silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan torpaqlarından çıxarılmasına, həmçinin ölkəmizin ərazi bütövlüyü saxlanılmaqla beynəlxalq vasitəçilərin Qarabağda etnik azlıqların təhlükəsizliyinə və özünüidarə hüququ əldə etməsinə yardım göstərmələrinə dair qətnaməni müzakirəyə çıxarıb.


SİA 168.az-a istinadən xəbər verir ki, Riksdaq qurumun xarici əlaqələr komitəsinin məsələ ilə bağlı rəyini əsas götürərək belə qərara gəlib ki, Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə həll edilməlidir və bunun üçün mexanizm mövcuddur. İsves parlamenti məsələdə ATƏT-in Minsk Qrupunun məsuliyyət daşıdığını, ATƏT çərçivəsində göstərilən səyləri dəstəklədiyini vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə