XİN Slovakiyalı diplomatların separatçı Qarabağa göndərdiyi məktubun məzmunu ilə bağlı araşdırma aparır

Azərbaycan Xarici İşlər Nazirliyi Slovakiyanın keçmiş baş naziri Yan Çarnoqurski və Slovakiya Milli Şurasının keçmiş sədri Frantişek Mikloşkonun separatçı qurum Dağlıq Qarabağa göndərdiyi məktubun məzmunu ilə bağlı araşdırma aparır. Bu sözləri Azərbaycan XİN-in rəsmisi Elman Abdullayev SİA-ya açıqlamasında bildirib.

Qeyd edək ki, Ermənistan mətbuatının yaydığı xəbərə əsasən Slovakiyanın keçmiş baş naziri Yan Çarnoqurski və Slovakiya Milli Şurasının keçmiş sədri Frantişek Mikloşkonun separatçı qurum Dağlıq Qarabağa göndərdiyi məktubda ermənilərin "azadlıq" uğrunda apardıqları mübarizəni yüksək qiymətləndirib. Məktubda deyilir: "Burada yaşayanlar vətənpərvərlik və qəhrəmanlıq göstəriblər. Onlar öz ailələrini və torpaqlarını qoruyaraq bu mübarizədə qalib olublar".

Bütün xəbərlər Facebook səhifəmizdə