“Boykot” Əli Kərimli ilə Cəmil Həsənlini çürüdəcək ANALİZ

Azərbaycan dövlətinin əldə etdiyi sosial, iqtisadi, hərbi, diplomatik uğurları ilə dünyanın aparıcı dövlətləri sırasında özünə layiqli yer tutub. Bu nailiyyətlərlə təkcə Azərbaycan xalqı deyil, dost, qardaş millətlər də sevinir və fəxr edirlər. Təəssüflər olsun ki, sapı özümüzdən olan baltalar xarici məkrli qüvvələrin maddi və mənəvi dəstəyinə arxalanıb, böyük uğurlara, möhtəşəm qələbələrə kölgə salmağa çalışırlar. Hətta AXCP sədri Əli Kərimi və Milli Şuranın rəhbəri Cəmil Həsənli o dərəcə xarici ağalarına boyun əyiblər ki, ABŞ Konqresinə və Senatına yazılı şəkildə müraciət edərək Azərbaycan dövlətlərinə qarşı iqtisadi sanksiyaların tətbiq olunmasını xahiş edirlər. Bununla kifayətlənməyən dağıdıcı ünsürlər ABŞ Konqresinə, Fransa Assambleyasına, Almaniya Bundestaqına, Avropa Parlamentindən Azərbaycanın beynəlxalq təşkilatlarda səsvermə hüququnun məhdudlaşdırılmasını xahiş edirlər. Bütün bunlar bu ünsürlərin xalqdan üz döndərib xəyanət və satqınçılıq yolu tutduqlarını göstərirlər.

SEÇKİLƏRDƏ İŞTİRAK SİYASƏTDƏ SAĞLAM RƏQABƏTİN YEGANƏ LEGİTİM VASİTƏSİDİR

Sentyabrın 1-də keçirilməsi planlaşdırılan növbədənkənar parlament seçkilərinə start verildikdən sonra dağıdıcı ünsürlər bir qədər də təxribatlarını genişləndiriblər. Aradabir dezinformasiya xarakterli informasiyalar yaymaqla seçkilərlə bağlı cəmiyyətin yanaşmalarına, istək və arzularına şübhələr toxumu səpməyə çalışırlar. Lakin anlamırlar ki, xalq kifayət qədər seçki təcrübəsinə və siyasi bilgilərə malikdir. Bu baxımdan əhalini hər hansı bir yalan və böhtanla, dezinformasiya xarakterli xəbərlərlə hədəfindən və məqsədindən yayındıra bilməz. Dağıdıcı müxalifətin seçkilərə qatılmaqdan imtina etməsi onların zəifliklərinin göstəricisidir. Reallığı etiraf etməyib, hay-küy qaldırmaq isə siyasi mədəniyyətsizlik və qorxaqlıqdır. Seçkilərdə iştirak siyasətdə sağlam rəqabətin yeganə legitim vasitəsidir. Taleyüklü tədbirdən imtina edənlərinin səbəbi zəiflik və qalmaqallı situasiyaları təhrik etməkdir. Ümumiyyətlə, görünən ondan ibarətdir ki, bu ünsürlər xalqın taleyüklü məsələlərindən kənarda qalmağa və bu azmış kimi milli maraqlarımıza zərbə vurmağa üstün verir. Hələ 44 günlük Vətən Müharibəsində və 23 saat 44 dəqiqə çəkən antiterror əməliyyatları zamanı da AXCP və Milli Şura erməni revanşistlərinin mənafeyinə xidmət edən fəaliyyət yolu tutdular. Bir dəfə də olsun siyasi, ictimai təşkilatlarla bir araya gələrək, erməni terrorçularını və onların arxasında dayananları ittiham edən mövqe ortaya qoymadılar. Əksinə, açıq şəkildə xalqın qələbə sevincinə kölgə salmağa cəhdlər göstərdilər. Hələ utanıb çəkinmədən Əli Kərimli İnternet TV-lərin birinə verdiyi açıqlamasında demişdir: "44 günlük Vətən Müharibəsində qazanılan qələbə Sarkisyan-Koçaryan cütlüyünün Qarabağı və ətraf rayonları işğal etmələrindən artıq ola bilməz". Əsaslı şəkildə araşdırmalar aparılsa Ə.Kərimlinin və C.Həsənlinin hansısa xarici cəsus şəbəkəsinin əməkdaşları olduqları üzə çıxa bilər. Çünki bu məxluqlar xalqın mənafeyinə deyil, birbaşa xarici ermənipərəst dairələrin maraqlarına xidmət edən açıqlamalar verir, fikirlər səsləndirirlər. Əgər agent deyillərsə, sübut etsinlər, dəlillər ortaya qoysunlar. Təlimatlar, planlar xarici kəşfiyyat orqanları tərəfindən onlara çatdırılır. Bu baxımdan tam qətiyyətlə demək olar ki, Ə.Kərimli və C. Həsənli Azərbaycana qarşı revanşist çıxışlar edən, beynəlxalq təşkilatlardan ölkəmizə sanksiyaların tətbiq edilməsini tələb edən, yenidən müharibə ocağının yaranması çağırışını edən körpə qatilləri Koçaryan və Sarkisyandan heç nə ilə fərqlənmirlər. Belə demək mümkünsə eyni ağanın müti qullarıdırlar.

"BOYKOT"ÇULAR DESTRUKTİV FƏALİYYƏT YOLU TUTURLAR

Siyasi proseslərin ana xəttini təşkil edən seçkilər də iştirak etməmək zəiflik əlamətidir. Buna acizlik və qorxaqlıq da demək olar. Əli Kərimlinin bu xarakteri uzun illərdir ki, onun fəaliyyətin də özün göstərir. Ə.Kərimli 1998-ci ildən sonra nə prezident, nə parlament, nə də bələdiyyə seçkilərində iştirak etməyib. Bu halda sual olunur, seçkilərə qatılmayacaqsansa, o zaman siyasətdə nə azarın var, nədən partiya sədrliyi kreslosunu zəbt etmisən? Niyə toplantı keçirib özünü sədr seçdirmisən? Əminəm ki, yaxın vaxtlarda sıravi cəbhəçilər özlərində cəsarət tapıb məntiqli və əsaslı sualları Ə.Kərimliyə ünvanlayacaqlar. Söz yox ki, Ə.Kərimli sıravi cəbhəçilərə deyə bilməyəcək ki, "boykot" sifarişini xaricdəki "dostlar"ından alıb. "Seçkiyə qatılsam rüsvayçı məğlubiyyətlə üzləşəcəm və xarici maliyyə dairələrinin gözündən düşəcəm" deməyə də çətinlik çəkəcək. Ona görə də Ə.Kərimli ilə sıravi cəbhəçilər arasında müəmmalı vəziyyət bir qədər davam edəcək. Lakin bunun sonu olacaq. Nəhayət fədakarlıq nümunəsini ortaya qoymağı bacaran cəbhəçilər Ə.Kərimlini və ətrafında olan trolları zibilliyə atmaqla, AXCP-də təmizləmə işi aparacaqlar. Əminliklə demək olar ki, məhz "təmizləmə əməliyyatı" ilə sıradan çıxarılan Ə.Kərimli siyasətdən getməyə və özünə bacara biləcək iş axtarmağa məcbur olacaq.

İLHAM ƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə