Şuşa döyüşlərinin qazisi vəfat edib

Şuşa döyüşlərində ağır yaralanan və 2 ildən artıq müddətdə müalicə olunan qazi Mirdavud Tahirov dünyasını dəyişib. SİA xəbər verir ki, Astara rayonu Pensər kənd sakini olan Mirdavud Vətən müharibəsində aldığı xəsarətlər səbəbindən vəfat edib.

O, doğulduğu rayonda dəfn edilib.

Mirdavud Asəm oğlu Tahirov Azərbaycan Pedaqoji Universitetinin tələbəsi ikən Vətən müharibəsinə yollanıb. Onun anası da müharbə vaxtı könüllü olaraq tibb bacısı kimi yaralılara yardım edib.

M.Tahirov müharibədən sonra “Döyüşdə fərqlənməyə görə”, “Kəlbəcərin azad edilməsinə görə”, “Şuşanın azad edilməsinə görə” medalları ilə təltif edilib.

Allah rəhmət eləsin.

Bütün xəbərlər Facebook səhifəmizdə