Bakıda yaşayış binasında yanğın olub - FHN

Bakı şəhərinin Yasamal rayonunda doqquzmərtəbəli yaşayış binasının zirzəmisinə yığılan və istifadə olunmayan əşyalar 3 m² sahədə yanıb.

FHN-dən SİA-ya verilən məlumata görə, yanğın zamanı yanğınsöndürənlər tərəfindən 1 nəfər xilas olunaraq aidiyyəti üzrə təhvil verilib.

Zirzəmi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə