Bakıda motosikletlə avtomobil toqquşub

Bakının Nəsimi rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb.

SİA xəbər verir ki, hadisə Ceyhun Səlimov küçəsində baş verib.

Belə ki, Röyal Eyvazov mopedlə yolu keçərkən qəfil Nadir Məmmədov idarə etdiyi “Ford” markalı avtomobillə onu vurub.

Yaralı R.Eyvazov ağır xəsarət alaraq 1 saylı şəhər xəstəxanasına çatdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə