"Qumbara da partlamağa vaxt tapıb..."

Rusiyada içki məclisində qumbaranın parlaması nəticəsində bir nəfər ölüb

Rusiyada içki məclisində faciə baş verib.

APA “vesti.ru”ya istinadən xəbər verir ki, hadisə Bryansk vilayətinin "Moskovski" mikrorayonunda olub.

Belə ki, içki məclisi zamanı qumbara partlayıb, bir nəfər həlak olub

Bildirilib ki, 4 dost ev şəraitində yeyib-içərkən dostlardan biri özü ilə gətirdiyi qumbaranı stolun üzərinə qoyub. Bu zaman partlayıcı işə düşüb. Partlayış nəticəsində dostlardan biri - 29 yaşlı kişi qəlpə yarasından hadisə yerində ölüb.

Rusiya İstintaq Komitəsinin regional şöbəsi tərəfindən cinayət məcəlləsinin “ehtiyatsızlıqdan insan ölümünə səbəb olma, habelə partlayıcı qurğuların qanunsuz saxlanması” maddəsi ilə cinayət işi başlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...