Kanadada saxlanılan Men Vançjo azad edilib

Kanadada saxlanılan “Huawei” şirkətinin maliyyə direktoru Men Vançjo ev dustaqlığından azad edilib.

Bununla bağlı Kanadanın Britaniya Kolumbiyası vilayətinin məhkəməsi qərar çıxarıb.

Qərara əsasən Menin işi üzrə icraata xitam verilib. Kanada Ədliyyə Nazirliyi, “Huawei”nin maliyyə direktorunun ölkəni tərk etməkdə sərbəst olduğunu bəyan edib, çünki ekstradisiya prosedurlarını davam etdirmək üçün heç bir əsas yoxdur.

“CTV National News” televiziyasının jurnalisti Makkenzi Qrey tvitterdə bildirib ki, Men Vançjonun olduğu təyyarə Vankuveri tərk edib. Çin tərəfi isə saxladığı iki Kanada vətəndaşını sərbəst buraxıb.

Bütün xəbərlər Facebook səhifəmizdə