Pula görə dostunu öldürdü - DƏHŞƏT

Bursadakı meşəlik ərazidə nəşi tapılan 32 yaşlı Murat Özkemerin yaxın dostu Onur Semiz tərəfindən öldürüldüyü ortaya çıxıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Bursa Osmangazidə yaşayan Murat Özkemerin (32) 2 iyunda ailəsi və yaxınları itkin düşməsi ilə bağlı polisə müraciət ediblər.

Hadisəni araşdıran qruplar Özkemerin telefon siqnalını və son zəngləri ilə onu son görən şəxsin 30 yaşlı Onur Semiz olduğunu təsbit ediblər. Nəzarətə götürülən Semiz ifadəsində qətl hadisəsini etiraf edib. Semizin dindirilməsi zamanı Özkemerin ona 1000 lirə borclu olduğunu, borcu ödəmədiyini və mübahisə böyüyəndə onu öldürdüyünü etiraf edib.

Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə