Mənzilində halsız vəziyyətdə qalan şəxs xilas edilib

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. SİA-nın nazirliyin rəsmi saytına istinadən verdiyi xəbərə görə, çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və vətəndaşı halsız vəziyyətdə aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə