Gül dükanında qardaşlar döyüldü

Gəncə şəhərində gül dükanına basqın olub. SİA-nın bölgə müxbiri xəbər verir ki, bir neçə şəxs gül satılan dükana daxil olaraq orada dava salıb.

İnsident zamanı 1973-cü il təvəllüdlü İsgəndər və 43 yaşlı Anar Seyidov qardaşları döyülüb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Qeyd edəkk ki, faktla bağlı araşdırmalara başlanılıb.

Müəllif:İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə