Qazanla döyülən qadın xəstəxanalıq olub

Moskva yaxınlığındakı Noqinskdə bir kişi onunla yaşayan qadın “dostu”unu vəhşicəsinə döyüb.

Özü də bilirsiniz nəylə,..qazanla.

SİA-nın əldə etdiyi məlumata görə, kefli kişi qadını qazanla elə döyüb ki, qadın xəstəxananın neyrocərrahiyyə şöbəsinə yerləşdirilib.

Beləliklə, Dekabrın 7-də səhər saatlarında 59 yaşlı qadın 60 yaşlı yoldaşı ilə mübahisə edib.

Bildirək ki, səhər saat yeddi olmasına baxmayaraq, kişi artıq sərxoş imiş və bu da mübahisənin əsas səbəbi olub.

Deyim ki, qadın onunla yaşayan sərxoş kişiyə müqavimət göstərə bilsə də amma buna baxmayaraq xəstəxanalıq olub.

Həkimlər onaun qazan zərbəsindən aldığı yarasına tikiş qoyaraq xəstəxanaya yerləşdiriblər. Zərərçəkmişə burun sınığı, beyin silkələnməsi, çoxsaylı qançırlar və baş yarası diaqnozu qoyulub.

İndi vay kişinin halına, qoy, bir ayılsın...

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə