Növbəti səyyar sənəd qəbulu bu ünvanlarda keçiriləcək

İstismarına icazə verilmiş yeni çoxmənzilli binalardakı mənzillər üçün «Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol» kampaniyası çərçivəsində növbəti səyyar sənəd qəbulu oktyabrın 21-i Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 3137 məhəllə (Yeni ünvan sisteminə görə Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 37,39), oktyabrın 23-də isə Xətai rayonu, Neapol küçəsi, 26 (Yeni ünvan sisteminə görə Xətai rayonu, Mehmandarov küçəsi, 70-78) ünvanında keçiriləcək. SİA-nın xəbərinə görə, qeyd edək ki, iyulun 24-dən bərpa olunan səyyar sənəd qəbulu prosesi çərçivəsində artıq 23 ünvanda səyyar qəbulu aparılıb.

Vətəndaşların mənzillərə aid mülkiyyət hüququnu təsdiq edən sənədin (çıxarışın) hazırlanması 15 iş günü ərzində təmin edilir.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə