Azərbaycan ən çox Rusiyaya məhsul göndərib

Yanvar-iyul aylarında Azərbaycan MDB ölkələri arasında ən çox Rusiyaya məhsul ixrac edib. Dövlət Gömrük Komitəsindən SİA-ya bildirilib ki, Azərbaycanın MDB ölkələri arasında ən çox məhsul ixrac etdiyi ölkələr Rusiya, Ukrayna və Belarusdur. Rusiyaya ixrac olunan məhsulların dəyəri 430,7 milyon ABŞ dolları, Ukraynaya 272,9 milyon dollar, Belarusa isə 66,7 milyon dollar olub.

Bütün xəbərlər Facebook səhifəmizdə