Azərbaycan qaz ixracında 2-ci yerdədir

Ötən il Rusiyanın "Qazprom" şirkəti Türkiyəyə 15,51 mlr. kubmetr qaz ixrac edib. SİA xəbər verir ki, 2018-ci ilin göstəriciləri ilə müqayisədə bu rəqəm 35 faiz azdır.

"Qazprom"un Qərbi Avropaya qaz ixracı 9 faiz azalaraq 147.44 mlrd. kubmetr təşkil edib.

Qeyd edək ki, Azərbaycan da Türkiyəyə qaz ixrac edir. Belə ki, ötən ilin yanvar-noyabrında ayları ərzində Türkiyə Azərbaycandan 8,65 mlrd. kubmetrdən artıq qaz idxal edib ki, bu da ötən 2018-ci ilin eyni dövrü ilə müqayisədə 28,3% çoxdur. Bununla da Azərbaycan Türkiyənin ümumi qaz idxalında Rusiyadan sonra ikinci yeri tutur.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə