Qətərin üzvlükdən çıxması OPEC-ə təsir etməyəcək

Qətərin Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzvlükdən çıxması təşkilatın işinə təsir etməyəcək. Bu barədə OPEC Konfransının prezidenti, Birləşmiş Ərəb Əmirliklərinin energetika naziri Suhail Mohamed Al Mazrouei deyib.

Xatırladaq ki, ötən gün dünyanın ən böyük mayeləşdirilmiş təbii qaz (LNG) ixracatçısı və gündəlik orta hesabla 650 min barrel neft istehsal edən Qətər 57 ildir üzv olduğu OPEC-dən gələn il yanvarın 1-dən etibarən çıxacağını açıqlayıb. Qətərin energetika naziri Saad al-Kaabi ölkəsinin OPEC-ə üvlükdən çıxmasını texniki və strateji qərar olduğunu bildirib.

15 üzv ölkəsi olan OPEC Səudiyyə Ərəbistanı, İran, Küveyt, İraq və Venesuela tərəfindən 1960-cı ildə yaradılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə