Nazir: "İran bazarı yaxın vaxtlarda Azərbaycan şirkətlərinə daha da geniş açılacaq"

"İran-Azərbaycan Yüksək Texnologiyalar biznes forumu çərçivəsində Azərbaycan nümayəndə heyətinin İrana səfəri çox vacib idi. Səfər zamanı qonşu ölkə kimi bizim aramızda olan radio-televiziya tezliklər istiqamətində və digər problemlərin həlli çox önəmli məqamlardan biri idi". SİA-nın xəbərinə görə, bunu rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov jurnalistlərə açıqlamasında deyib.

Nazir deyib ki, hazırda İranda inkişaf gedir və ölkə getdikcə qapılarını digər ölkələrin bazarına açır: "Azərbaycanın da bu bazarlara daxil olması üçün yaxşı imkanlar yaranıb. İrana səfərin məqsədi sahibkarlıqla məşğul olan azərbaycanlı iş adamlarının qonşu ölkənin bazarında iştirakını genişləndirmək olub. Bu istiqamətdə bir çox müzakirələr və həmçinin razılaşmalar əldə edilib. Hesab edirəm ki, İran bazarı yaxın vaxtlarda Azərbaycan şirkətlərinə daha da geniş açılacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə