...Gülləkeçirməz jiletlərin qiyməti üç dəfə artıb

Rusiyada qismən səfərbərlik başlayandan sonra gülləkeçirməz jiletlərin qiyməti üç dəfə artıb. Belə ki, onların qiyməti 30 min rubldan 90 minə qədər bahalaşıb.

SİA bu barədə “Radio 1”-ə istinad edir. Maraqlıdır ki, avadanlıqları satan satıcılarla əlaqə saxlayan radio əməkdaşına hazırda 90 mindən uçuz gülləkeçirməz jiletlərin olmadığını bildiriblər.

Bundan əlavə, onlar fırıldaqçıların çox vaxt ucuz qiymətə keyfiyyətsiz jiletlərin təklif etdiklərini də bildiriblər.

“...İndi fırıldaqçılarla qarşılaşmaq asandır. Deyim ki, hazırda 30-40 minə gülləkeçirməz jilet əldə etmək müşkül məsələdir. Bu jiletlər öz çəkisinə görə indi qızıldır”, - deyə satıcılardan biri bildirib.

Maraqlıdır ki, Rusiya Müdafiə Nazirliyinin qismən səfərbərlik məsələləri ilə bağlı “qaynar xətt”ində əvvəlcədən bildirilib ki, səfərbər edilmiş şəxslərin zəruri əşyalar olmadan göndərilməsi guya qayda pozuntusudur.

...Hərbi komissarlıq alınmalı olan şeylərin siyahısını verir və paylama məntəqəsində hər bir şəxs xidmət üçün lazım olan hər şeyin tam dəstini almalıdır.

Maraqlıdır, bəs belə olam halda niyə onlara gülləkeçirməz jiletlər verilmir?

Bu arada Moskvanın “Qard” mağazasına müraciət edən müxbirlərə son bir həftə ərzində gülləkeçirməz jiletlərlə bağlı müştəri axınının 35-40 faiz artdığını bildiriblər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə