Ermənilər yeni “günahkar” axtarışında…

Deyəsən, ermənilər bu dəfə “milli əhdlərinə” naxələf çıxırlar. Yəni, Donbasda ehtmal olunan müharibədə kimin üstələyəcəyini ğözləmədən, elə indidən “ruslar əleyhinə təbliğata” başlayıblar. Əslində, mən onların nəyə isə ümidləndiklərini düşünürəm. Yoxsa ermənilər boş yerə özlərinə əl qatmazlar. SİA bunu erməni mənbələdinə istinadən dərc edir.

Hazırda hələ də son müharibədəki məğlubiyyətin acı hissləri ilə əziliən ermənilər indi yenidən “günhkar” axtarışına çıxıblar. Təbii ki, bu da Ermənistandakı qərbpərəstlərə gözəl imkanlar yaradıb. Belə ki, yaranmış şəraitdən daha çox Qərb fondlarından səxavətlə qidalanan bəzi yerli erməni partiyaları yararlanmağa çalışırlar. Onlar, ermənilər arasında ilk olaraq, Rusiyanın Ermənistana xəyanət etməsi fikrini yaratmağa çalışırlar.

“Niyə, Rusiya Azərbaycan hücumuna icazə verdi?”. Əslində, bu sual ermənilər üçün elə də müəmmalı sual olaraq qalmamalıdır. Təbii ki, ermənilərin hamısı olmasa da, bir çoxları Ermənistan KP MK-nın birinci katibi olmuş Karen Dəmirçiyanın vaxtilə ermənilərə “…Azərbaycanın torpaq itkisi ilə heç vaxt barışmayacağını və itirdiyi torpaqları mütləq geri alacağı” barədə dediklərini unutmayıblar. Amma, nə etməli, bu biabırçı məğlubiyyəti kiminsə boynuna “ölçməli”, daxili “günahkar” məlum olsa da, ölkədən kənarda da “günahkar” axtarmaq lazımdır.

Doğrudur, Qərbdə ermənilərin fransız qardaşları, balaca erməni baçılarına, çətinliklə də olsa, haqq-ədalətin Azərbaycan tərəfində olduğunu başa sala “bildilər”.

Bəs, belə olan halda ruslara nə deyəsən? Onların, erməniləri “müdafə etməmələri” bir yana, hətta biz ermənilərə verdikləri zibil hərbi avadanlıqlar da bir kara gəlmədi. Belə olan halda Rusiyanı “müttəfiq” kimi qəbul etməyə dəyərmi? Təbii ki, yox!

Deyim ki, bu rusları Ermənistanda görmək istəməyənlərin fikirləridir.

Amma qarşı, yəni gözləmə mövqeyində dayanan ermənilər başqa şey deyirlər. Onlar, rus əleyhdarlarına, vaxtilə onların İrəvanın mərkəzində rus bayraqlarını yandırılmalarını, KTMT Baş katibi Xaçaturova edilən basqını, Putinin İrəvana səfəri zamanı qəsdən protokol pozuntusu ilə çirkli fəndlər həyata keçirilməsini xatırladırlar. Onlara görə, bu siyahıya əlavə etmək üçün hələ çox şey var. Ermənistandakı “russevərlər” Qarabağın itirilməsini Qərbin qrant yeyən agentlərinə “qardaş” Rusiyaya qarşı böhtan atmaq, nifrət oyatmaqla yanaşı, ölkədə Qərb liberalizminin toxumlarını əkmək üçün əla bir şans verib.

Bu gün ehtimal edilən Donbass savaşında Rusiyanın qalib və məglub duruma düşməsinin Ermənistandakı anti-Rusiya agentləri üçün ajiotaj faydalar vəd etdiyini bildirən “russevərlər” bunu Ermənistandakı Qərb agentlərinə əlavə stimul verəcəyini bildirirlər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...