İran sanksiyaların aradan qaldırılması üçün beynəlxalq ictimaiyyətdən kömək istəyir

Martın 26-na olan məlumata görə, İranda koronavirusa yoluxanların sayı 29 min 406 nəfərə, ölənlərin sayı isə 2 min 234 çatıb.

SİA xəbər verir ki, bu barədə məlumatı İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Kiyanuş Cahanpur verib.

O bildirib ki, xüsusi xəstəxanalarda müalicə alanlardan 10 min 457 nəfəri sağalaraq evlərinə buraxılıb, 47 milyon insan testdən keçirilib. Lakin tesdən keçirilənlərin sonradan virusa yoluxmayacaqlarına təminat vermək çətindir.

İran hökuməti virusla mübarizənin səmərəsini artırmaq məqsədilə beynəlxalq ictimaiyyətə müraciət edərək ABŞ tərəfindən tətbiq olunan sanksiyaların aradan qaldırılması üçün kömək istəyib. Bu çağırışa cavab olaraq İraq, Mərakeş, Tunis, Misir, Livan, Bəhreyn və Fələstinin görkəmli yazıçıları, tanınmış mədəniyyət xadimləri ABŞ –a müraciət ünvanlayıb, humanistlik nümayiş etdirməyə və sanksiyaları müvəqqəti olaraq aradan qaldırmağı xahiş ediblər. ABŞ isə əksinə olaraq martın 26-da İranın 5 təşkilatını və hüquqi şəxsinin adını sanksiyalar siyahısına əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə