İranda benzinin qiymətinin qaldırılması ölkənin bəzi şəhərlərində etirazlara səbəb olub

İranda benzinin qiymətinin qaldırılması ölkənin bəzi şəhərlərində etirazlara səbəb olub.

SİA xəbər verir ki, Tehranla yanaşı, İsfahan və Şiraz şəhərlərində də etiraz aksiyaları keçirilib.

Yerli mətbuatın məlumatına görə, aksiyalar zamanı insident baş verməyib. Polis təhlükəsizliyi təmin edib. Axşam saatlarında aksiya iştirakçıları dağılışıb.

Xatırladaq ki, ötən gün İranda benzinin qiyməti 50 faiz qaldırılıb ki, bu da əhalinin narazılığına səbəb olub.

Sosial şəbəkələrdə də bu məsələ müzakirəyə çıxarılıb. İstifadəçilərin əksəriyyəti hökumətin addımını tənqid edib.

Bütün xəbərlər Facebook səhifəmizdə