Rusiyalı teleaparıcı İsraili ən təhlükəsiz ölkə adlandırıb...

...Məşhur sovet və rus teleaparıcısı, jurnalist və yazıçı Andrey Maksimov İsraili dünyanın ən təhlükəsiz ölkəsi adlandırıb.

SİA-nın məlumatına görə, o, bu fikirləri Sheinkin40 kanalına danışarkən paylaşıb.

...Mən həmişə tanıdığım hər kəsə deyirdim: “Dünyanın ən təhlükəsiz ölkəsi İsraildir”.

...Gecələr Təl-Əvivi tamamilə sakit gəzə bilirdim, həyat yoldaşımı gecələr tamamilə sakitcə Tel-Əvivi gəzdirə bilirdim, - deyə aparıcı bildirib.

Maksimov onu da qeyd edib ki, müharibələrin birində İsraildə olub, lakin bu münaqişə bir həftəyə yaxın davam edib. ...İnsanların bu qədər uzun müddətdir ölməsi, mənim üçün tamamilə dözülməzdir.

Bundan əvvəl İsrailə yola düşən Birinci Kanalın keçmiş aparıcısı Anton Privolnov yaşadığı ilk hava hücumu zamanı keçirdiyi emosiyalardan danışmışdı.

Aparıcı küçədə olarkən hücumun şahidi olduğunu və şokda olduğunu etiraf etmişdi.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə