Fransada bank işçiləri girov götürüldü

Fransa Polisi Romilly-sur-Seine kommunasında bank filialının işçilərini girov götürən silahlı basqınçını həbs edib. SİA xəbər verir ki, bu barədə "CNews" telekanalı jandarmaya istinadla məlumat yayıb. Telekanalın məlumatına görə, hücum edən şəxs bankın binasında bir nəfəri girov saxlayıb. O, daha sonra sərbəst buraxılıb. France 3 telekanalı isə hücumçunun əvvəlcə üç nəfəri girov götürdüyünü bildirmişdi. Onları bank filialına apararaq danışıqlar aparılmasını tələb edib. Hüquq-mühafizə orqanlarının əməkdaşları ilə dialoqa başlayandan sonra təcavüzkar bir nəfəri sərbəst buraxıb.

Bütün xəbərlər Facebook səhifəmizdə