Türkiyə Putinlə Ərdoğan arasındakı söhbətin təfərrüatlarını açıqlayıb

...Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya lideri Vladimir Putinlə telefon danışığı zamanı bildirib ki, Ankara Suriyada sabitlik üçün hər cür səy göstərir.

SİA bu barədə Türkiyənin Rabitə Departamentinə istinadən xəbər verir.

Söhbətin əsas mövzuları Ankara ilə Moskva arasında ikitərəfli münasibətlər, həmçinin Suriyadakı son hadisələr olub. Ərdoğan qeyd edib ki, Türkiyə Suriyanın ərazi bütövlüyünü dəstəkləyir və ədalətli və uzunmüddətli həll üçün səy göstərir. Türkiyə prezidentinin sözlərinə görə, ən əsası Suriyada baş verənlərdən mülki əhalinin əziyyət çəkməməsidir.

...Suriya daha böyük qeyri-sabitlik mənbəyinə çevrilməməlidir, Türkiyə Suriyada sakitliyi təmin etmək üçün əlindən gələni edir.

Bunu deyən Ərdoğan, həmçinin qeyd edib ki, Ankara Türkiyədə qadağan olunmuş terrorçu Kürdüstan Fəhlə Partiyası və onun Suriyadakı son hadisələrdən istifadə etməyə çalışan əlaltıları ilə mübarizədə qətiyyətli mövqe tutmağa davam edəcək.

Xatırladaq ki, noyabrın 27-də səhər saatlarında “Cəbhət ən-Nusra”nın tərkibində olan qruplaşmalar gərginliyin azaldılması razılaşmasını pozaraq Suriyanın Hələb və İdlib əyalətlərində kəndlərə, qəsəbələrə və hərbi mövqelərə hücum ediblər.

Üç gün sonra Suriyanın ikinci ən böyük şəhəri və ətrafı, o cümlədən beynəlxalq hava limanı və Kuveyris hərbi aerodromu terrorçuların nəzarətinə keçib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə