...Ukrayna prezidenti Vladimir Zelenski nəhayət, vergilərin tarixi artımını nəzərdə tutan 11416-d saylı qanunu imzalayıb. Oktyabrın 10-da qəbul edilən sənəd bu gün dövlət başçısının imzası ilə parlamentə qayıdıb.
SİA-nın əldə etdiyi məlumata görə, qanun noyabrın 30-da, yeni qaydalar isə dekabrın 1-dən qüvvəyə minəcək.
Söhbət ilk növbədə hərbi verginin 1,5 faizdən 5 faizə qaldırılmasından gedir. Yalnız hərbi qulluqçular üçün 1,5 faiz nisbət qalacaq.
Fərdi sahibkarlar üçün də hərbi vergi tətbiq edilir - III qrup vahid vergi ödəyiciləri üçün gəlirin 1 faiz və I, II və IV qruplar üçün 10 faiz.
Qanun həmçinin 2024-cü il üçün banklar üçün mənfəət vergisi dərəcəsinin 50 faiz (25 faiz əvəzinə) müəyyən edilməsini və bank olmayan maliyyə institutları (sığortaçılar istisna olmaqla) üçün korporativ mənfəət vergisi dərəcəsinin 2025-ci ildən 25 faizə çatdırılmasını nəzərdə tutur.
Qanunun mətninə əsasən, onun müddəaları oktyabrın 1-dən qüvvəyə minməlidir.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə