Gürcüstanın xarici ticarət dövriyyəsi 2024-cü ilin yanvar-avqust aylarında 14,7 milyard dollar təşkil edib. Bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 3 faiz çoxdur.
SİA xəbər verir ki, bu barədə ölkənin Milli Statistika Xidməti məlumat yayıb. Bildirilir ki, hesabat dövründə xarici ticarətdə idxalın həcmi 2023-cü ilin eyni dövrü ilə müqayisədə 3,3 faiz artaraq 10,5 milyard dollar olub. İxracın həcmi isə 2023-cü ilin səkkiz ayı ilə müqayisədə 2,4 faiz artaraq 4,2 milyard dollara çatıb. Gürcüstanın mənfi ticarət saldosu 6,4 milyard dollar təşkil edib ki, bu da ötən illə müqayisədə 3,8 faiz çoxdur.
Bütün xəbərlər Facebook səhifəmizdə