Yenə də Ramzanın əsabələri..?

Kadırovun yaxınları - Ukraynadakı müharibənin iştirakçıları mükafatlar və yüksəlişlər aldılar

...Çeçenistan rəhbərinin bir neçə yaxın adamı - əsasən Ukraynadakı müharibənin iştirakçıları - yeni mükafatlar və yüksəlişlər alıblar.

SİA-xəbər verir ki, Ramzan Kadırov teleqram-kanalında mükafatla bağlı məlumat verib.

Onun məlumatına görə, bu mükafat Rusiya Qvardiyasının rəhbəri Viktor Zolotovun respublikaya səfəri ilə bağlı olub. Prezident Putinin fərmanı ilə Rusiya Qvardiyasının Çeçenistan üzrə departamentinin rəis müavini Sultan Rəşayev “Cəsurluq” ordeni ilə təltif edilib.

Deyilənlərə görə, o “Kadırovun killeri” kimi tanınır.

1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni medalını həmin idarənin qərargahının kəşfiyyat xidmətinin rəisi Şeyx-Əhməd Vixanov qəbul edib.

Polkovnik rütbələri Axmat-Qroznı OMON-un komandiri Anzor Bisaev və Rusiya Qvardiyasının 96-cı əməliyyat alayının komandiri Maqomed Tuşayevə verilib.

Qeyd edək ki, Ukrayna hakimiyyəti Bisayevi azyaşlıya işgəncə verməkdə ittiham edir, Tuşayev isə Çeçenistanda LGBT-lərin oğurlanması və işgəncələrə məruz qoyması ilə tanınır.

Bundan əlavə, Viktor Zolotov Dövlət Dumasının Çeçenistandan olan deputatı Adam Delimxanova general-mayor rütbəsi verib.

Onu da qeyd edək ki, Putin bu adı ona yanvarın sonunda vermişdi.

... Qardaşı Alibek Kadırov Çeçenistanın "qəhrəmanı" adına layiq görülüb. Kadırov onu Viktor Zolotovun köməkçisi adlandırır - Alibek Delimxanov əvvəllər Rusiya Qvardiyasının Şimali Qafqaz Dairəsinin komandirinin müavini olub.

Yei gəlmişkən, bir gün əvvəl Kadırovun köməkçisi Amxad Xatatayev də Çeçenistanın “qəhrəmanı” olub və bu gün Zolotov ona mükafat kimi tapançası təqdim edib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə