"Rusiya ilə Ukrayna arasında toqquşma qaçılmaz idi"

Bu arada Belarus prezidenti Aleksandr Lukaşenko Moskva ilə Kiyev arasında qarşıdurmanın qaçılmaz olduğunu bildirib. Odun fikrincə, əgər Rusiya tərəfi “hərbi müdafiəyə” başlamasaydı, bu halda Ukrayna ərazisində silahlı münaqişə baş verərdi ki, bu da İttifaq dövlətləri üçün daha pis sonunclana bilərdi.

Lukaşenkoya görə, “qabaqgörənlik edən” Moskva guya vaxtında qabaqlayıcı addım atıb. Onun fikrincə, Rusiya Qərb ölkələrinin siyasi yoluna böyük müdaxilə edib.

Amma buna baxmayaraq, ABŞ və müttəfiqləri Rusiya ilə qarşıdurmaya girdilər və onun ərazilərini “bombalamağa” başladılar.

SİA-nın əldə etdiyi məlumata görə, federal kanalın efirində “hər şey, hətta xüsusi hərbi əməliyyat da dünyamızın çoxqütblü olması üçün bu qlobal qarşıdurmada bir detaldır”-deyən Belarus prezidenti Moskva və Minskin iki qonşu dövlətin maraqlarına cavab verən çoxqütblü dünya uğrunda mübarizə apardığını bildirib.

O, daha sonra Çin, Hindistan, Latın Amerikası, eləcə də Afrika ölkələri və ərəb dünyasının da belə bir konsepsiyaya can atdıqlarını əlavə edib.

Maraqlıdır ki, Lukaşenko Rusiya və Belarusun bunu tələb edən şəraitə görə birləşdiyini bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə