“Azəriqaz”ın rəhbərliyi onlayn vətəndaş qəbulu keçirib

Bu gün “Azəriqaz” İB-nin rəhbər şəxsləri növbəti dəfə onlayn vətəndaş qəbulu keçirib.

SİA xəbər verir ki, görüş zamanı baş direktor Ruslan Əliyev Gəncə şəhəri, baş direktorun istismar üzrə müavini Cahid Hüseynov Goranboy rayonu, baş direktorun əsaslı tikinti üzrə müavini Ramil İsgəndərov isə Göygöl rayon sakinlərinin müraciətlərini dinləyiblər. Vətəndaşlar qəbul zamanı qaz təchizatı ilə bağlı üzləşdikləri çətinlikləri Birliyin rəhbər şəxslərinə çatdırıblar. Bundan əlavə, vətəndaşlar tərəfindən qaz xətlərinin yerinin dəyişdirilməsi, fərdi qaz çəkilişləri və sair müraciətlər də ünvanlanıb.

Baş direktor və müavinləri Gəncə Regional Qaz İstismarı İdarəsinin rəhbər şəxslərinə vətəndaşların müraciətlərinə operativ baxılmasına dair müvafiq tapşırıqlar veriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə