“Prezidentin islahatlar kursunun dəstəkləyicisi olmaqdan qürur duyuruq”

Azərbaycanın qısa zaman ərzində davamlı və dayanıqlı inkişaf yoluna qədəm qoyması, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu yolunda inamla irəliləməsi müstəqilliyimizi möhkəmləndirir. Ulu Öndər Heydər Əliyevin banisi olduğu müasir dövlətimiz, bu gün ölkə rəhbəri cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu dövlət siyasəti nəticəsində daha da inkişaf edir, qüdrətlənir.

Ölkəmizin hərtərəfli inkişafı, gələcək tərəqqisi üçün cənab Prezident İlham Əliyev tərəfindən dövlət idarəetməsinin müxtəlif sferalarında aparılan kadr və struktur islahatları, yerli və mərkəzi icra hakimiyyəti orqanlarında gənclərə göstərilən yüksək etimad, ölkə rəhbərinin həyata keçirdiyi inkişaf strategiyasının bir hissəsi olub, Azərbaycanın bu günü və gələcəyi üçün həyati əhəmiyyət daşıyır. Həyata keçirilən dəyişikliklər cəmiyyətin hər təbəqəsi tərəfindən xüsusi diqqət və alqışla qarşılanır.

Təəssüf ki, bu dəyişikliklərə uyğunlaşa bilməyən, ölkəmizin inkişaf strategiyası üzrə qarşıya qoyulan məqsədlərə, islahatlara və strateji planlara əməl etməyən, həyata keçirilən quruculuq işlərinə, sosial-iqtisadi və siyasi sahədə aparılan islahatlara kölgə salan, idarəçilik işinin səmərəliliyini aşağı salan şəxslərdə gözə çarpmaqdadır. Bu cür şəxslərin vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, dövlət əmlakını mənimsəmə, korrupsiya, rüşvətxorluq və s. kimi əməlləri müvafiq dövlət qurumları tərəfindən təsbit edilir, araşdırılır və tutduqları mövqedən kənarlaşdırılaraq, cəzalandırılırlar. Ölkə rəhbəri cənab İlham Əliyev, öz çıxışlarında mütamadi olaraq vurğulayır ki, “Biz vətəndaşlara ən yaxşı xidməti təqdim etməliyik ki, insanlarımız narazı qalmasın”. Öz fəaliyyətlərində bu prinsipləri qulaqardı edən, köhnə təfəkkürə malik, tamahı özündən güclü olan, iradəsiz, iş fəaliyyətində dönüş yaratmağı bacarmayan, dövlət mənafeyinə xəyanət edən "vəzifəli şəxslər" tutduqları mövqelərdən uzaqlaşdırılmaqdadır və bu onlara verilənən yüngül cəza tədbiridir. Onlar cənab Prezidentin dediyi kimi qanunun imkan verdiyi ən sərt şəkildə cəzalandırılır.

Mövcud vəziyyətdə iş prinsipində şəxsi maraqlarını vətəndaşların maraqlarından üstün tutanlar, pandemiya şəraitində dövlət tərəfindən vətəndaşlar üçün ayrılan yardımı mənimsəyənlər, yaşı minilliklərlə ölçülən dünyanın zəngin və qədim mədəniyyət mərkəzi olan diyarımızda mədəni irsimizə kölgə salanların, dövlətin

qanunla qorunan mənafelərinə zərər vuran çoxsaylı qanunazidd əməllərə yol verməsi xoşagəlməz hallar kimi qəbul olunur və bağışlanmazdır. Xüsusən də, mədəniyyət sahəsində baş verən neqativ halları şərh etmək olduqca çətin və ağrılıdır. Mədəniyyət - bir xalqın sahib olduğu ən böyük dəyərdir. Bu dəyərə sadiqlik isə xalqın hər bir nümayəndəsinin, ələlxüsus da bu sahəyə səfərbər edilmiş, məmurların başlıca vəzifəsidir. Uzun əsrlərdən bəri ermənilərin bugünədək davam edən təcavüzkarlığı nəticəsində vandalizmə məruz qalan minlərlə tarix və mədəniyyət abidələri, əsərlərin qorunduğu müzeylər, rəsm sərgiləri, milyonlarla kitab və əlyazmaların saxlandığı kitabxanalar, incəsənət məktəbləri, mədəniyyət sarayları, dövlət teatrları, hər kəsin yaddaşında silinməz iz buraxıb. Bütün bunlar baş verdiyi halda, dərin tarixə malik olan mədəniyyətimizin qorunması, təbliğ edilməsi üzrə məsul olan məmurların xəyanət yolunda atdığı addımları sözlə ifadə etmək olmur.

Hesab edirəm ki, cənab Prezidentin son konfransdakı çıxışı hər bir yerli və mərkəzi icra hakimiyyəti orqanlarının nümayəndələri üçün heç zaman unudulmayacaq nəsihətlər toplusu olmalıdır. Düşünürəm ki, islahatlar kursu cənab Prezident tərəfindən davam etdiriləcək və öz fəaliyyətində qüsurlu bilinən hər bir məmur işdən azad edilərək, gənc kadrlarla əvəz olunacaq. Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatı Gənclər Birliyinin sədri kimi vurğulamaq istərdim ki, Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatı Gənclər Birliyinin tərkibində 3721 nəfər yüksək savada və təcrübəyə malik rayon gəncləri toplanmışdır və bu gənclər cənab Prezidentin ölkəmizdə həyata keçirdiyi islahatlar kursunun tərkib hissəsi kimi rayon icra başçısının rayon ərazisində həyata keçirdiyi bütün islahatların həm dəstəkləyicisi, həm də iştirakçısı olmaqdan qürur duyur.

Bəşəriyyətin ağır sınağı olan, dünyanın hər nöqtəsində geniş vüsət alaraq yayılan koronavirus (COVID-19) infeksiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması, neqativ təsirlərinin aradan qaldırılması, eləcə də vətəndaşların sosial rifahının artırılması istiqamətində cənab Prezident İlham Əliyev tərəfindən bütün zəruri addımların atılması, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın epidemiya ilə bağlı Azərbaycan xalqına çağırışları, Nazirlər Kabineti yanında Operativ Qərargahın və Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması, ölkə daxilində dövlət strukturlarının əhalinin sağlamlığının qorunması üzrə səfərbər olunması, vətəndaşların təhlükəsizliyini təmin etmək üçün keçirilən məqsədyönlü və təxirəsalınmaz tədbirlər ölkə vətəndaşlarına göstərilən qayğının nümunəsidir.

Son hadisələr bir daha göstərdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev uzaqgörən və müdrik siyasətçidir. Hələ pandemiya haqqında insanlarda təsəvvür belə yaranmamışdan öncə cənab Prezident könüllülük ili ilə bağlı sərəncam imzalamışdır. Heç kimə sirr deyil ki, könüllü gənclər olmadan dövlət orqanlarının ehtiyyacı olan hər bir Azərbaycan vətəndaşına xidmət göstərməsi fiziki olaraq mümkünsüzdür. Ayrılmış yardımların istiqaməti üzrə

çatdırılması, yaşlı, kimsəsiz, imkansız, əlil vətəndaşlara könüllü və ictimai əsaslarla xidmət göstərilməsi sahəsi istiqamətində könüllü gənclərin xidməti əvəzolunmazdır, təqdirəlayiqdir. YAP Suraxanı rayon təşkilatı Gənclər Birliyi də xalqımızın çətin anında, dövlətimizin ağır sınaqlardan keçdiyi zamanlarda cənab Prezidentin könüllülüklə bağlı çağırışlarına qoşularaq, zaman məhfumunu önəmsəmədən, xüsusi karantin rejimi dövründə ehtiyyacı olan hər bir rayon sakininə sosial xidmət göstərmişdir.

Bu gün vətəndaşlar, cənab Prezident İlham Əliyevin ətrafında monolit şəkildə birləşərək, onun hər bir çağırışına dəstək olur, təşəbbüslərinə qoşulur, həmrəylik nümayiş etdirirlər. Biz gənclər də öz növbəmizdə cənab Prezident İlham Əliyevin tövsiyələrinə sadiq qalaraq üzərimizə düşən işi məsuliyyətlə yerinə yetirməyə çalışır, cəmiyyətimizin üzləşdiyi böyük bəla olan koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsilə bağlı həyata keçirilən təxirəsalınmaz tədbirlərdə böyük bir xalqın yolunda gənc könüllülər kimi səfərbər olur, cənab Prezidentin uzaqgörən siyasəti və dəmir iradəsi sayəsində apardığı islahatlar kursunu dəstəkləyir, xüsusilə son zamanlarda gənclərə göstərilən diqqət və qayğıdan stimul alır, bizə yaradılan bu şəraitdən istifadə edib hərəmiz öz sahəmizdə mükəmməl fəaliyyət göstərərək, qarşımıza qoyulan ən ali hədəflərə doğru irəliləməyi özümüzə borc bilirik!

Fərəh Məcidzadə,

Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatı Gənclər Birliyinin sədri

Bütün xəbərlər Facebook səhifəmizdə