Ermənistanın polis rəisi mətbuat azadlığının nə olduğunu bilmir ŞOK FAKTLAR

Ötən şənbə günü Ermənistanın paytaxtı İrəvanın Baqramyan prospektində hökumət əlehinə keçirilən etiraz aksiyasında aktivistlərlə yanaşı jurnalistlərə qarşı da polis zorakılığı qeydə alınıb. SİA-nın erməni mətbuatına istinadən verdiyi məlumata görə, polis əməkdaşları jurnalistlərə həm fiziki, həm də mənəvi təzyiq göstəriblər. Zorla polis maşınlarına doldurulan mətbuat işçiləri aparıldıqları polis idarəsində döyülüblər. Bəzilərinin kameraları, fotoaparatları və telefonları əllərindən alınaraq nümayişkaranə şəkildə sındırılıb.

Armenia Today saytı xəbər verir ki, onların əməkdaşı Arqişit Kiviryan polis bölməsində təhqir edilib, döyülüb. 1in.am-ın müxbirləri Narek Barseqyan və Sevak Soqomonyanın bütün texniki avadanlıqları sıradan çıxarılıb, sındırılıb.

Dünən erməni jurnalistlər "Çiçernakaberd"də Ermənistanın polis rəisi Vladimir Qasparyana media işçilərinə qarşı onun tabeçiliyinə olan polislərin vəhşi davranışı barədə sual verəndə hər şey bəlli olub. Məlum olub ki, polis rəisinin ümumiyyətlə, azad mətbuat haqda anlayışı yox imiş. Jurnalistərdən üzr istəmək əvəzinə Ermənistanın polis rəisi: "Ermənistan polisi dəyişib. Jurnalistər dəyişiklikləri qəbul etməkdə çətinlik çəkirlər, yaxud görmək istəmirlər. Siz jurnalistlər dəyişiklikləri görməzdən gəlirsiniz. Bunun səbəbi erməni mətbuatının getdikcə "sarı mətbuat"a çevrilməsidir. Bəziləri cibinə vəsiqə qoyaraq özünü jurnalist kimi aparır. Əslində onların mətbuatdan xəbəri yoxdur", - deyə onlara iradını bildirib.

Jurnalistər isə həmkarlarının müdafiəsinə qalxaraq polis rəisini azad sözə, mətbuata sayqı göstərməyə dəvət ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə