"İllərdir ki, Azərbaycanda adlarla bağlı problemlər yaşayırıq". Bu sözləri SİA-ya açıqlamasında yazıçı kulturoloq, analitik ekspert Aydın Xan Əbilov deyib.
Aydın Xan Əbilov sözlərinə belə davam edib: "Vaxtilə 2-3 ifadədən ibarət adlar vardı. Sonralar, xüsusilə də sovet dövründə Azərbaycan ədəbi dili formalaşıb öz yerini tutuduqdan sonra yazılı ədəbiyyata bir çox ziyalılarımız milli adların qoyuluşu ilə bağlı müxtəlif təkliflərlə çıxış etdilər. Onlar eyni zamanda öz yaradıcılııqlarında bunu nümayiş etdirdilər. Biz bunu xüsusilə də Cəfər Cabbarlının, Səməd Vurğunun və digər klassik yazıçılarımızın, şairlərimizin əsəsrlərində görürük.
Ad yaradıcılığına daha çox Cəfər Cabbarlı yaradıcılığında rast gəlinir. O, həm yeni adların yaradılmasında, həm də qədim adların dilimizə gətirilməsində xüsusi rol oynayıb. Ondan əvvəl biz bunu Hüseyn Caviddə də görmüşük. Bunu digər ziyalılarımızın əsərlərində də görürdük. Amma bu daha çox Cəfər Cabbarlıya aiddir. Məsələn, Aydın, Sevil, Dilbər, Oqtay və s. adlar.
Müasir dövrdə yenidən ərəb-fars sözlərinə, hətta Avropa dillərindən alınan, dini inancla bağlı olan adlara kütləvi şəkildə qayıdışı görürük. Bu bilmirəm normal haldır, ya yox.
Əslində, xristianlıqda İsa peyğəmbərin adını kiməəs qoymaq demək olar ki, qadağandır. Yəni, bu addım elə də yaxşı hesab olunmur. Yaxud Musa peyğəmbəri yəhudilər öv övladlarına qoymurlar. Ancaq Azərbaycandadır ki, peyğəmbər və imamların adını geninə-boluna istifadə edirlər. Burada Məhəmməd və Əli adını götürək Bu adları qoyuruq övladımıza və o gələcəkdə oğru, rüşvətxor, yalançı biri olur. Yaxud qızlara Məryəm, Züleyxa, Xədicə adları qoyulur. Bəs, görəsən bu adların daşıyıcıları həmin adlara alyidirlərmi? Bu çox gülünc səslənir.
Mən başa düşürəm, valideynlər istəyir ki, onların oğulları Yusif Peyğəmbər kimi yaraşıqlı, yaxud Xədicə kimi saf və müqəddəs olsun. Amma bu məsələlərdə biraz ehtiyyatlı olmaq lazımdır. Adlar bir millətin pasportudur. Bu bir milləti digərindən fərqləndirən amildir. Çalışmalıyıq ki, rəngarəng öz adlarımız olsun.
Mən bildiyim qədərilə 10 minə yaxın, bəlkə də biraz çox Azərbaycan adlarının lüğəti var. Bu lüğəti demək olar ki, hər il müvafiq qurumlar dəyişməli, sistemi təzələməli, internet saytlarında paylaşmalıdır. Bu barədə QHT-lərə lahiyələr verilməlidir ki, maarifləndirmə olsun".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə