Nailə İslamzadə də koronavirusa yoluxdu

Əməkdar artist Nailə İslamzadə də koronavirusa yoluxub. SİA-nın məlumatına görə, bu haqda aparıcı özü məlumat yayıb. O bildirib ki, bir neçə gün əvvəl narahatçılıq hiss edib: "İki gün əvvəl testimin cavabı pozitiv oldu. Evdə müalicə olunuram. Hamı özünü qorumalıdır. Bacardığımız qədər evdən çıxmamalıyıq. Dövlət müəssisələrində çalışanların yalnız otuz faizi işə çıxır. Digər sahələrdə çalışanlar da imkan daxilində bu qaydalara əməl etməlidirlər".

Bütün xəbərlər Facebook səhifəmizdə