Azərbaycanlı aktrisa qonşusu ilə dalaşdı və polisə şikayət etdi VİDEO

ADO teatrının aktrisası Günel İmanova qonşusu ilə dalaşıb. SİA-nın məlumatına görə, buna səbəb qonşusunun tüfənglə küçə itlərini öldürməsi olub. Aktrisa hətta qonşusunun bu hərəkətinə görə polisə şikayət edib.

Aktrisa məsələ ilə bağlı sosial şəbəkədə video paylaşıb və bu görüntülərdə bu sözləri deyib: "Qonşum əlində tüfənglə küçədəki itləri öldürür. Həmin itlərdən biri qaçdı, digəri öldü, o birisi isə yaralandı. Mən də buna görə yaxınlaşıb kişi ilə dalaşdım. Bildirdim ki, itləri öldürməyin, onlar da canlıdır. Mənə təhqiredici sözlər dedi, söydü. Dedim ki, polisə şikayət edəcəm. O, mənim bu sözlərimə əhəmiyyət vermədi. Bu, birinci dəfə deyil. Bundan əvvəl də edib. Onu da qeyd edim ki, yaşadığım ərazidə güllə səsləri eşitmək istəmirəm. Gecənin bir yarısı güllə səsinə oyanıram.

Qonşumun bu xoşagəlməz hərəkətini polisə şikayət etdim. Həmin insanın qohumları və həyat yoldaşı evimə gəldi ki, ərizəni geri götür, bir də təkrarlanmayacaq. Dedim ki, sizin sözünüzə güvənmirəm. Ərizəmi geri götürməyəcəm.

Hazırda polis hadisə ilə bağlı işə baxır. İstəyirəm ki, silah sözügedən şəxsdən alınsın. Ya da qanunla ərizə versin ki, bir də silahdan istifadə etməyəcək, itləri öldürməyəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə