Amil Həsənoğlu hesabat konserti verəcək

Müğənni Amil Həsənoğlu dayanmadan çalışır. Sənətçi SİA-ya açıqlaması zamanı yeni mahnılar üzərində işlədiyini deyib: "Hazırda özümə aid olan ansambılım var. Seçmə musiqilərimdən ibarət klip də çəkdirməyi nəzərdə tutmuşam. Bəstənin adını hələ ki, sirr saxlayıram. Ancaq onu deyim ki, sözügedən mahnını atam ekranlaşdıracaq".

Qeyd edək ki, Amil Həsənoğlu gələn ilin aprel-may aylarında Heydər Əliyev Sarayında hesabat konserti verməyi planlaşdırır.

Bütün xəbərlər Facebook səhifəmizdə