Aktyor və müğənni Aleksey Vorobyov dünya şöhrətli opera müğənnisi, Tatarıstanın əməkdar artisti, Rusiyanın əməkdar artisti Aida Qarifullina ilə ailə həyatı qurub.
SİA-nın məlumatına görə, Super.ru bu barədə insayderə istinadən xəbər verir.
Mənbənin sözlərinə görə, cütlüyün münasibəti ötən qışda başlayıb. Artıq aprel ayında sənətçilər Moskvadakı Qriboyedovski Mülki Qeydiyyat İdarəsində nikah şəhadətnaməsini imzalayıblar.
Bunu nəşrin mənbəsi aydınlaşdırıb.
Bundan əvvəl Aleksey Vorobyov makiyajlı qızlarla bağlı çıxışı ilə incitdiyi hər kəsdən üzr istəyib.
İfaçı qəfildən səhvini anladığını və verdiyi açıqlamalardan utandığını bildirib.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə