Məşhur aktrisa Pelin Karahan qatıldığı proqramda yaşadığı maraqlı hadisələri danışarkən bəzi qadınların ərinə mesaj göndərməsinə üsyan edib. SİA xəbər verir ki, "Kavak Yelleri" və "Muhteşem Yüzyıl" kimi seriallarla tanınan məşhur aktrisa Pelin Karahanın əri ilə bağlı etirafı təəccüb doğurub.
Pelin Karahan qatıldığı proqramda həyatı ilə bağlı səmimi etiraflar edib. 2014-cü ildə iş adamı Bedri Güntay ilə ailə quran və iki övladı olan məşhur aktrisa getdikləri restoranda başlarına gələn maraqlı hadisəni danışıb: “Restoranlardan birində ailəlikcə oturmuşduq. Qonşu masada oturan qız sosial şəbəkədə ərimə mesaj göndərdi. Belə hallar ara-sıra olur”.
Bütün xəbərlər Facebook səhifəmizdə